Rusiyada qatar qəzası: 31 vaqon relsdən çıxdı

  • Space TV
  • 9 Noyabr 2020 09:58

Rusiyada Novosibirsk bölgəsinin Qərbi Sibir dəmir yolunun Tatarskaya stansiyasında yük qatarının 31 vaqonu relsdən çıxıb.

Spacetv.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər verib.

Məlumata görə, hadisə nəticəsində zərərçəkən yoxdur.

Bildirilir ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün Tatarskaya və Omsk stansiyalarına bərpa qatarları göndərilib.

Paylaş

 Xəbəriniz olsun