Rusiyada qadını öldürüb meyitini gizlədən azərbaycanlı tutuldu

  • SpaceTV
  • 22 Oktyabr 2019 11:27

Rusiyanın Volqoqrad şəhərində qadını öldürməkdə şübhəli bilinən 32 yaşlı azərbaycanlı saxlanılıb. 

SPACE TV xəbər verir ki, hadisə oktyabrın 19-da baş verib.

Qadının meyiti Krasnooktyabrsk rayonunda yerləşən bağ evində aşkarlanıb. 

Məlum olub ki, qadın həmin şəxslə işlə bağlı tanış olub və azərbaycanlı qadının işlədiyi uşaq bağçasına qida məhsulları gətirirmiş. 

Bunun qarşılığında qadın həmin şəxsə pul verməli idi. Tərəflər arasında mübahisə də pul üstündə olub. 

Mübahisə zəminində kişi qadını boğub, cəsədini gizlədib və onun şəxsi əşyalarını yaxınlıqdakı çaya atıb. 

Hadisədən sonra ölkədən qaçan azərbaycanlı tutulub və məsuliyyətə cəlb edilib.

Paylaş

 Xəbəriniz olsun