Rusiyada koronavirusdan ilk ölüm gerçəkləşdi

  • SpaceTV
  • 19 Mart 2020 15:11

Rusiyada koronavirusdan ilk ölüm hadisəsi baş verib.

TASS xəbər verir ki, koronavirusa yoluxmuş 79 yaşlı qadın Moskvada müalicə olunduğu xəstəxanada həyatını itirib.

Martın 13-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən qadın bir gün sonra qohumlarının istəyi ilə özəl xəstəxanaya köçürülüb.

Virus aşkar edildikdən sonra onu Moskvada yerləşən 2 №-li Yoluxucu xəstəliklər xəstəxanasına aparıblar.

Mərhumun yanaşı xroniki xəstəliklərinin olduğu bildirilir.

Paylaş

 Xəbəriniz olsun