Rusiyada koronavirusa yüksək yoluxma: Xəstəxanalarda yer tapılmır

  • Space TV
  • 9 Noyabr 2020 11:06

Rusiyanın Xakasiya vilayətində COVID-19-a yoluxan xəstələrin çoxluğundan xəstəxanalarda yer tapılmır.

Spacetv.az xəbər verir ki, bu barədə artıq iki gündür sosial şəbəkələrdə materiallar paylaşılır.

Bildirilir ki, vilayətin xəstəxanaları tam dolub və apteklərdə ciddi dərman qıtlığı var.

Bununla bağlı növbəti video “Dvach” “Telegram” kanalında yayılıb.

Görüntülərdə 90 yaşlı qadının yer çatışmazlığından xəstəxanaya qəbul edilməməsi qeyd olunur. Kadrlarda tibb bacısı ağlayaraq həkimdən yaşlı qadının xəstəxanaya qəbul edilməsini istəyir.https://player.baku.tv/embed/27718

Xatırladaq ki, Rusiya dünya ölkələri arasında koronavirusa 1,774,334 yoluxma ilə ilk beşliyə daxildir.

Paylaş

 Xəbəriniz olsun