Rusiyada koronavirusa yoluxanların sayı bir milyonu keçdi

  • Space TV
  • 1 Sentyabr 2020 13:46

Rusiyada son bir gündə 4729 nəfərdə koronavirus aşkarlanıb.

Spacetv.az xəbər verir ki, bu barədə ölkənin koronavirusla mübarizə üzrə operativ qərargahının “Telegram” səhifəsində qeyd edilir.

Bildirilir ki, bu gün ölkənin 84 bölgəsində müşahidə olunan yoluxma hallarının 1 211-də (25,6%) klinik göstəricilər olmayıb.

Ölkədə yoluxanların ümumi sayı 85 region üzrə 1 000 048 nəfər təşkil edib.

Paylaş

 Xəbəriniz olsun