Rusiyada Koronavirus bu bitkini bahalaşdırdı

  • Space TV
  • 26 Fevral 2020 11:43

Rusiyada sarımsağ bahalaşıb.

SPACE TV  bu barədə rus mətbuatına istinadən xəbər verir.

Əgər yanvar ayında Rusiyada 1 kiloqram sarımsağı 230-235 rubla almaq mümkün idisə, hazırda qiymət 260-270 rubl civarındadır. Son 1 ildə isə qonşu ölkədə sarımsaq 30-40% bahalaşıb.

Eksperlər hesab edirlər ki, mövcud vəziyyət sarımsaq qıtlığı ilə bağlı deyil. Çində yayılmış koronavirusun Rusiyaya keçmək təhlükəsi bu məhsula tələbatı kəskin artırıb.

Paylaş

 Xəbəriniz olsun