Rusiyada iki qız buzlu çayda boğuldu

  • SpaceTV
  • 27 Yanvar 2020 19:29

Rusiyanın Kursk vilayətində iki məktəbli qız donmuş Seym çayın üzərindən keçərkən, buz qırılıb və onlar suya yıxılıblar.

“İnterfaks” xəbər verir ki, hadisənin şahidi aidiyyati orqanlara bu barədə məlumat verib.

Hadisə yerinə xilasedici qrup və dalğıclar cəlb edilib.

Axtarışlar nəticəsində çaydan 2009 və 2010-cu il doğumlu iki qızın cəsədi çıxarılıb.

Paylaş

 Xəbəriniz olsun