Rusiyada iki məktəblini qaçıraraq dörd ilə yaxın bunkerdə saxlayan manyak azadlığa çıxır – FOTO

  • Space TV
  • 26 Fevral 2021 10:39

Rusiyanın Skopin şəhərində iki məktəblini qaçırdaraq təqribən 4 il bunkerdə saxlayan, bu müddət ərzində onlara təcavüz və işgəncə verən manyak Viktor Moxov martın 3-də azadllığa çıxacaq.

“Moskovskiy komsomolets”in məlumatına görə, onun qurbanlarından biri Yekaterina Martınova bununla bağlı münasibət bildirib.

Qadın etiraf edib ki, bu tarix öncəsi bərk həyəcan keçirir, ancaq Moxovun azadlığı barədə bir il əvvəldən düşünməyə başlayıb.

“Qorxduğum üçün deyil, məni 3,5 illik normal həyatdan məhrum edən əzabkeşimin tezliklə sərbəst buraxılaraq normal həyat sürməyə davam etməsi qəribədir”, – deyə o bildirib.

O, Skopindən uzaqda yaşadığı üçün də qorxmadığını vurğulayıb. Həmçinin, Moxovun qonşuları onu həmin ərazidə yaşamasına icazə verməyəcəklərini deyiblər.

Martınova cinayətkarın evinin hazırda boş olduğunu da söyləyib. Manyakın anası 2014-cü ildə vəfat edib, bundan sonra həmin evdə Moxovun keçmiş kamera yoldaşı yaşayıb, ancaq indi ev tərk edilmiş vəziyyətdədir və pəncərələri mismarlanıb.

Qeyd edək ki, 2000-ci ildə, həmin vaxtlar 50 yaşında olan Moxov 14 yaşlı Yekaterina Martınovanı və 17 yaşlı Yelena Samoxinanın qaçırıb. Məktəbli qızlar növbəti 1296 günü seks köləsi olaraq manyakın əvvəlcədən öz qarajının altında qazdığı bunkerdə keçiriblər.

Pedofil taətsizliyə görə əsirləri yemək, su və işıqdan məhrum edir, rezin şlanqla döyür, zirzəmiyə gözyaşardıcı qaz püskürdürdü. Məktəbli qızlardan biri Moxovdan iki dəfə uşaq dünyaya gətirib, hər iki halda cinayətkar uşağı onun əlindən alıb.

Qızlar xaricə bir kağız ötürməklə qaçmağı bacarıblar.

Paylaş

 Xəbəriniz olsun