Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb

  • Space TV
  • 25 Dekabr 2019 16:23

Rusiyanın Krasnoyarsk diyarının şimalında Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsində 16 nəfər xəsarət alıb.

SPACE TV -in TASS-a istinadən verdiyi xəbərə görə, onlardan 2 nəfəri xəstəxanaya yerləşdirilib, digərlərinə isə ambulator yardım göstərilib.

Qeyd edək ki, neftçiləri daşıyan helikopterin göyərtəsində 21 sərnişin və 3 ekipaj üzvü olub.

Paylaş

 Xəbəriniz olsun