Rusiyada helikopter qəzası: Ölən və xəsarət alan var

  • SpaceTV
  • 6 İyul 2020 10:19

Rusiyanın Rostov vilayətinin Kirsalovo qəsəbəsində “Mi-2” helikopteri qəzaya uğrayıb.

“İnterfaks” agentliyi xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov regional baş idarəsindən verilən məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

İlkin məlumata görə, helikopterin qəzaya uğramasına səbəb mühərrikdə baş verən nasazlıqdır.

Paylaş

 Xəbəriniz olsun