Rusiyada həbsxanada içərisində məhbuslar olan lift qırıldı

  • Space TV
  • 12 Yanvar 2021 12:41

Rusiyanın Nijni Taqil şəhərində sabiq hüquq mühafizəçiləri üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsində məhbusların olduğu lift qırılıb.

Bu barədə “E1” Rusiyanın Sverdlovsk Bölgəsi üzrə Federal Penitensiar Xidmətinə istinadən xəbər verib.

Fövqəladə hadisə ağac emalı sexində baş verib. İki məhkum keçən il istismardan çıxarılan bir yük liftindən istifadə edərək ikinci mərtəbəyə qalxmağa qərar verib. Qalxma zamanı tros qırılıb və platforma yerə düşüb.

Zərərçəkənlər sınıq xəsarətləri ilə şəhər xəstəxanasına aparılıb. Onlar daha sonra həbsxana xəstəxanasında müalicələrini davam etdirəcəklər.

Paylaş

 Xəbəriniz olsun