Rusiyada döyüşçü robot qrupları yaradıla bilər

  • Space TV
  • 23 Noyabr 2019 11:50

Rusiyada 2025-ci ilə qədər döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik olan çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər. 

Bu barədə RİA “Novosti” müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən xəbər verir.

Bildirilir ki, qruplaşmaların formalaşdırılmasına 2020-ci ildən başlanıla bilər. 

“Biz 2025-ci ilə qədər bu məsələni fundamental və təcrübi-konstruktor baxımından həll etməliyik”, – məlumatda deyilir.

Qeyd edilir ki, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə inteqrasiyası planlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun