Rusiyada daha bir fəlakət: Çayda su əvəzinə sulfat turşusu axır

  • Space TV
  • 7 Oktyabr 2020 10:10

Rusiyanın Perm diyarında Kizel və Şimali Volqa çayları boyunca kükürd turşusu və ağır metallar axır. Spacetv.az xəbər verir ki, Fəlakət nəticəsində 500 km ərazinin çirkləndiyi bildirilir. Bu dəhşətin səbəbi 15 il əvvəl su basan mədənlər göstərilir.

Xatırladaq ki, daha bir ekoloji fəlakət Rusiyanın Kamçatka bölgəsində qeydə alınıb. Belə ki, Sakit okean sularının çirklənməsi nəticəsində on minlərlə dəniz canlısı məhv olub, su ilə təmasda olan insanlar isə müxtəlif narahatlıqlar, o cümlədəm müvəqqəti korluq yaşayıblar.

Paylaş

 Xəbəriniz olsun