Rusiyada dəhşətli yanğın: Səkkiz nəfər öldü – FOTO

  • Space TV
  • 12 Yanvar 2021 10:16

Rusiyanın Yekaterinburq şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində biri uşaq olmaqla səkkiz nəfər ölüb.

TASS bu barədə hüquq mühafizə xidmətinə istinadla xəbər yayıb.

Bildirilir ki, 17 yaşlı yeniyetmə birinci və ikinci dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmçinin yeniyetməyə dəm qazından zəhərlənmə diaqnozu qoyulub. O 9 saylı uşaq şəhər xəstəxanasına aparılıb.

Yanğında həyatını itirən uşağın 2013-cü il təvəllüdlü qız olduğu qeyd edilir. Qızın anası da daxil olmaqla iki ölü qadının şəxsiyyəti müəyyənləşdirilib.

Yanğın zamanı uşağın anası “Twitter”də “Yanırıq. Yanğınsöndürənləri çağırın. Uşaqla birlikdə qapalı yerdəyəm. Mənzil aşağıdan yanır, boğuluruq”, – yazaraq, kömək istəyib.

Yanğının söndürülməsinə doqquz ədəd xüsusi texnika cəlb edilib. Xilasedicilər doqquzu uşaq olmaqla 90 nəfəri binadan çıxardıqlarını deyiblər.

Paylaş

 Xəbəriniz olsun