Rusiyada COVID-19-a qarşı üç preparat hazırlandı

  • SpaceTV
  • 30 Mart 2020 12:14

Rusiya Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə koronavirus infeksiyasının müalicəsində istifadə olunma potensialına malik üç dərman preparatı yaradılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiyalı akademik Vladimir Çexoninin sözlərinə görə, bir neçə il əvvəl virus əleyhinə “triazavirin” preparatı hazırlanıb. Akademik bu preparatın koronavirusun da müalicəsi üçün istifadə edilə biləcəyini deyib.

Akademik həmçinin, COVID-19-un da daxil olduğu RNA viruslarının müalicəsində istifadə olunan, yapon alimləri tərəfindən yaradılmış favipiravir preparatının kifayət qədər effektiv sintezi barədə danışıb.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti hər iki preparatın xüsusi müəssisələrdə sınaqlara hazır olduğunu qeyd edib.

Akademik heyvanlarda koronavirus infeksiyalarının müalicəsində istifadə olunan fosprenil dərmanının əsasında yaradılmış “fortepren” preparatını da vurğulayıb:

“Fortepren”ə gəldikdə isə, artıq bu preparat bütün kliniki sınaq mərhələlərindən keçib. Hətta insanlar üzərində də sınaqdan keçirilib”.

Paylaş

 Xəbəriniz olsun