Rusiyada çörək bahalaşdı

  • SpaceTV
  • 8 Avqust 2019 15:48

SPACE.TV- Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu ilin ilk yeddi ayında Rusiya mağazalarında çörəyin qiyməti 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb.

Çovdar və çovdar-buğda unundan hazırlanan qara çörək daha çox bahalaşıb. İyun ayında bu çörəyin bir kiloqramının orta qiyməti 50,54 rubl olub. Ağ çörək 8,3 faiz, boz çörək isə 7,4 faiz bahalaşıb.

Qiymət artımını məhsulun az olması səbəbindən dənin bahalaşması ilə əlaqələndirirlər.

Paylaş

 Xəbəriniz olsun