Rusiyada bir milyondan çox insan koronavirusa qarşı peyvənd edilib

  • Space TV
  • 6 Yanvar 2021 09:49

Rusiya bir milyondan artıq insan “Sputnik V” peyvəndi ilə vaksinasiya edilib.

Bu barədə “RİA Novosti” Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburqa istinadən məlumat yayıb.

“Hazırda mənə elə gəlir ki, peyvənd olunanların sayı bir milyondan artıqdır. Hər gün 100 min doza peyvənd dövriyyəyə buraxılır”, – deyə A.Gintsburq bildirib.

Paylaş

 Xəbəriniz olsun