Rusiyada azərbaycanlı tanışı ilə birlikdə qaraj oğurladı

  • SpaceTV
  • 14 Noyabr 2019 13:36

Rusiyanın Həştərxan vilayətində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. 

SPACE TV xəbər verir ki, bunlar 32 yaşlı vilayət sakini və tanışı, 38 yaşlı Azərbaycan vətəndaşıdır. 

Məlumata görə, onlar avqust ayında vilayətdəki qarajlardan birindən oğurluq etməkdə şübhəli bilinirlər.

Polisdən bildirilib ki, saxlanılan şəxslər nəinki əşyaları, hətta dəmir qarajın özünü də oğurlayıblar. 

Ümumilikdə dəyən zərərin 200 min rubldur (5300 AZN – red.). 

Saxlanılan şəxslər oğurladığı mallardan 65 min rubl (1700 AZN – red.) pul əldə edib və onu aralarında bölüb. 

Faktla bağlı araşdırmalar davam edir.

Paylaş

 Xəbəriniz olsun