Rusiyada 5 jurnalist koronavirusdan öldü

  • SpaceTV
  • 12 May 2020 13:16

Rusiyada 5 jurnalist yeni növ koronavirusdan (COVID-19) ölüb.

SPACE TV xəbər verir ki, bu barədə Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

O, 200 jurnalistin COVID-19-a yoluxduğunu açıqlayıb.

“Bir müddət əvvəl rəqəmlər açıqlandı. Dünyada 60-a yaxın jurnalistin koronavirus infeksiyasından həyatını itirdiyi bildirilib. Rusiyada 5 jurnalist xəstəlikdən həyatını itirib. Bununla bərabər, 200 nəfərə yaxın jurnalistimiz virusa yoluxub”, – deyə V. Solovyov qeyd edib

Paylaş

 Xəbəriniz olsun