Rusiya xaricdəki ticarət nümayəndəliklərini azaltdı

  • Space TV
  • 11 Noyabr 2020 17:13

Rusiya hökuməti Litva və Ukraynadakı ticarət nümayəndəliklərinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Spacetv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı baş nazir Mixayıl Mişustin fərman imzalayıb.

Fərmana əsasən, Rusiyanın xaricdəki ticarət nümayəndəliklərinin sayı 60-dan 58-ə düşüb.

“Rusiyanın Litva ilə ticarət dövriyyəsi azdır. Bu isə həmin ölkədə ticarət nümayəndəliyinin saxlanılmasını perspektivsiz edir. Ukrayna isə keçən yay Rusiya ilə ticarət nümayəndəliklərinin qarşılıqlı qurulması barədə imzaladığı müqaviləyə xitam verib, odur ki, oradakı ticarət nümayəndəliyimiz də ləğv olunub”, – deyə hökumətdən bildirilib.

Xatırladaq ki, Rusiyanın Azərbaycanda da ticarət nümayəndəliyi fəaliyyət göstərir.

Paylaş

 Xəbəriniz olsun