Rusiya vəziyyəti izləyir

  • SpaceTV
  • 22 Avqust 2019 12:40

Lavrov Türkiyə hərbi karvanının İdlibdə atəşə tutulmasına münasibət bildirib o, deyib  ki, “Rusiya İdlibdəki vəziyyəti izləyir və Hərbçiləri hazırda bu rayondadır.

Rusiyanın Xarici İşlər naziri Suriyanın İdlib əyalətində Türkiyə hərbi karvanının atəşə tutulmasına münasibət bildirərkən deyib ki, “Biz vəziyyəti sadəcə izləmirik, hərbçilərimiz də İdlibdəki deeskalasiya zonasındadırlar. Bu zona ötən ilin sentyabrında Soçidə Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan tərəfindən imzalanan sənəd əsasında yaradılıb. Sənədə əsasən, türkiyəli həmkarlarımız münaqişənin nizamlanmasında iştirak etməyə hazır olan silahlı müxalifət ilə terrorçu qrupları bir-birindən ayırmaq öhdəliyi götürmüşdü”, – deyə Rusiya XİN başçısı bildirib. Lavrov rusiyalı və türkiyəli hərbçilərin İdlibdəki vəziyyətlə bağlı gündəlik olaraq təmasda olduqlarını vurğulayıb: “İdlibdə terrorçuların təxribatları türkiyəli hərbi müşahidəçilərin başının üzərindən də davam edirdi. İdlibdəki hazırkı vəziyyət ekstremistlərin oradan Suriyanın digər ərazilərini silah atəşinə tutmağı dayandırmaması ilə bağlıdır. Bizim hərbçilərimiz, əlbəttə ki, gündəlik olaraq təmasdadırlar. Hazırkı vəziyyət Rusiya və Türkiyə hərbçiləri arasında konkret olaraq müzakirə olunur”.

Qeyd edək ki, Türkiyə KİV-ləri dünən Suriyanın İdlib əyalətində Türkiyə zirehli hərbi karvanının Suriyanın hökumət qoşunları tərəfindən atəşə tutulması ilə bağlı məlumat yayıb. Xatırladaq ki, İdlib əyaləti Suriyanın yeganə regionudur ki, hələ də qanunsuz silahlı birləşmələrin nəzarəti altında qalıb. 2017-ci ildə orada deeskalasiya zonası yaradılıb. Əldə olunan razılaşmaya görə, həmin əraziyə silahını yerə qoyan qanunsuz silahlı birləşmələrin üzvləri yerləşdirilməli idi. Bu razılaşmaya məsuliyyəti Türkiyə daşıyır.

Paylaş

 Xəbəriniz olsun