Yanvarın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İran XİN başçısı Məhəmməd Cavad Zərif arasında Moskvada görüş olacaq.
Spacetv.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü yanvarın 15-də keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, görüşdə Qarabağla bağlı məsələnin də müzakirəsi planlaşdırılıb.