Rusiya və Ermənistan XİN başçıları Qarabağın nizamlanmasını müzakirə ediblər

  • Space TV
  • 12 Oktyabr 2020 16:53

Moskvada Rusiya və Ermənistanın xarici işlər nazirləri – Sergey Lavrov ilə Zöhrab Mnatsakanyan arasında danışıqlar baş tutub.

Spacetv.az-ın məlumatına görə, danışıqlardan sonra nazirlərin birgə mətbuat konfransı keçirilib.

S.Lavrov erməni nazirin Rusiyaya səfərinin çoxdan razılaşdırıldığını və tərəflərin yalnız Dağlıq Qarabağdakı vəziyyəti deyil, həm də ölkələr arasında ikitərəfli əməkdaşlığın bütün spektrini müzakirə etdiklərini vurğulayıb.

Xatırladaq ki, bu gün Ermənistan xarici işlər nazirinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə də görüşü planlaşdırılır

Paylaş

 Xəbəriniz olsun