Rusiya və Ermənistan müdafiə nazirləri Qarabağdakı vəziyyəti müzakirə edib

  • SpaceTV
  • 21 Yanvar 2021 17:55

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Spacetv.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Nazirlər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı və Dağlıq Qarabağdakı əməliyyat şəraitini müzakirə ediblər.

Paylaş

 Xəbəriniz olsun