Rusiya üç ölkə ilə uçuşları bərpa edir

  • Space TV
  • 3 Sentyabr 2020 13:29

Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri və Maldivlə uçuşları bərpa edir.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiyanın Nazirlər Kabinetinə istinadla məlumat yayıb.

Bildirilib ki, Rusiya hökumətinin rəhbəri Mixail Mişustin müvafiq göstəriş verib. Təklif Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından verilib.

Bununla yanaşı, Rusiya ilə İsveçrə arasında uçuşların sayının həftədə dörd reysə qədər artırılması qərarı qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun