Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək

  • SpaceTV
  • 3 Sentyabr 2019 11:55

Space TV  – TASS-a istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. 

Məlumatda bildirilir ki, səfərin  məqsədi Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.  

Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir ki; “Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və  bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək”.

Paylaş

 Xəbəriniz olsun