Rusiya sülhməramlılarından ibarət 10-cu təyyarə Dağlıq Qarabağa yola düşdü

  • Space TV
  • 10 Noyabr 2020 11:51

Rusiya sülhməramlılarının olduğu onuncu İl-76 təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola düşüb.

Spacetv.az xəbər verir ki, bu barədə ITAR TASS Rusiyanın Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, təyyarədə sülhməramlı hissələrin şəxsi heyəti, hərbi zirehli personal var.

Qeyd edilib ki, Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasında 1960 hərbi qulluqçu, 90 zirehli hərbi vasitə, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingent yerləşdirəcək.

Paylaş

 Xəbəriniz olsun