Rusiya sülhməramlıları Kəlbəcərə yüklərin daşınmasına kömək edir – FOTO

  • Space TV
  • 16 Fevral 2021 11:16

Rusiya sülhməramlı kontingenti tərəfindən sosial obyektlərin və yaşayış binalarının enerji, su təchizatı sistemlərinin bərpası üçün 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükün Kəlbəcərə çatdırılması təmin edilib.

Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Məlumatda daşınan yüklərin generator stansiyaları, elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materiallarından ibarət olduğu bildirilir.

Qeyd olunur ki, yüklərin daşınması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən həyata keçirilir.

Paylaş

 Xəbəriniz olsun