Rusiya Süleymaninin öldürülməsi ilə bağlı İrana başsağlığı verib

  • Space TV
  • 3 Yanvar 2020 16:53

İraqda ABŞ-ın raket zərbəsi nəticəsində İran ordusunun generalı Qasım Süleymaninin ölməsi Yaxın Şərqdəki vəziyyəti daha da gərginləşdirəcək.

SPACE TV TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

“ABŞ-ın Bağdad ətrafına endirdiyi raket zərbəsi nəticəsində Süleymaninin öldürülməsini bütün regionda gərginliyi artıracaq avantürist addım kimi dəyərləndiririk. Süleymani İranın milli mənafeyinə sədaqətlə xidmət edirdi. İran xalqına səmimi qəlbdən başsağlığı veririk”, – XİN-in açıqlamasında deyilir.

Paylaş

 Xəbəriniz olsun