Rusiya şəhərlərindən Bakıya uçuşlar bərpa edilir

  • Space TV
  • 11 Fevral 2021 17:07

Rusiyanın “Pegas Fly” aviaşirkəti fevralın 17-dən başlayaraq Nijni Novqoroddan Bakıya uçuşları bərpa etməyi planlaşdırır.

Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Uçuşlar Nijni Novqorodun “Striqino” aeroportundan həftədə bir dəfə fevralın 17-dən martın ayının 24-dək həyata keçiriləcək.

“Uçuşlar çərşənbə günləri Nijni Novqoroddan yerli vaxtla 23:35-də yerinə yetiriləcək. Heydər Əliyev Hava Limanına eniş yerli vaxtla saat 03:35-də olacaq. Əks istiqamətdə uçuşlar yerli vaxtla 4:35-də yerinə yetiriləcək. Nijni Novqoroda eniş saat 06:35-də olacaq”, – aeroportun saytındakı cədvəldə qeyd olunur.

Bundan başqa, 2021-ci ilin mart ayında Rusiyanın “Ural Hava Yolları” şirkəti Yekaterinburqdan Azərbaycana reysləri bərpa etməyə hazırlaşır.

Yekaterinburq aeroportunun saytındakı cədvələ əsasən, Bakıya reyslər “Aerobus” tipli təyyarələrlə cümə axşamları yerinə yetiriləcək. Uçuşların müddəti martın 4-dən 25-dək olacaq.

Paylaş

 Xəbəriniz olsun