Rusiya səfirliyi Gəncə terrorunda xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı məlumat yayıb

  • SpaceTV
  • 24 Oktyabr 2020 16:59

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

Spacetv.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”, – deyə qeyd olunub.

Paylaş

 Xəbəriniz olsun