Rusiya Prezidenti Polad Bülbüloğlunu təbrik etdi

  • SpaceTV
  • 4 Fevral 2020 11:19

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib.

SPACE TV  xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat verib.

Təbrikdə deyilir: “Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyinizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, Siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfə verirsiniz. Əlbəttə ki, Rusiyada Sizin parlaq bəstəkarlıq, musiqiçi və artistlik istedadınızı yüksək dəyərləndirirlər, Sizin yaradıcılığınızı həqiqətən də sevirlər. Sizə ürəkdən sağlamlıq, xoşbəxtlik, rifah və uğurlar arzulayıram”.

Paylaş

 Xəbəriniz olsun