Rusiya ordusunun baş qərargah rəisi: “Azərbaycan və Ermənistan silahlı qüvvələri ilə birbaşa əlaqə yaradılıb”

  • Space TV
  • 11 Noyabr 2020 15:29

Dağlıq Qarabağ münaqişəsi zonasında fəaliyyət göstərən rus hərbçiləri insidentlərin qarşısını almaq və sülhməramlıların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə birbaşa əlaqə yaradıb.

Spacetv.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy açıqlama verib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi bu gün brifinq keçirirək jurnalistlərin suallarına cavab verib.

Paylaş

 Xəbəriniz olsun