Rusiya orbitə hərbi peyk çıxardı – FOTO

  • Space TV
  • 3 Fevral 2021 15:00

Rusiyada “Soyuz-2.1b” raketi kosmosa uğurlu çıxış edib.

Bununla bağlı Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Raketin 2 fevralda Moskva vaxtı ilə saat 23:45-də Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan qalxdığı bildirilir.

Onun vasitəsi ilə orbitə yeni hərbi peykin buraxıldığı qeyd edilir.

Qısa müddətdə Rusiya Aerokosmik Qüvvələri cihazı nəzarətə götürüb. Ona “Kosmos-2549” seriya nömrəsi verilib.

Paylaş

 Xəbəriniz olsun