Rusiya Müdafiə Nazirliyinin zabiti külli miqdarda yeyintiyə görə azadlıqdan məhrum edildi

  • Space TV
  • 2 Mart 2021 12:49

Rusiya Müdafiə Nazirliyinin Dövlət Satınalmaları şöbəsinin keçmiş rəhbər müavini Aleksandr Boruvkov rüşvət aldığı üçün həbs edilib.

TASS-ın məlumatına görə, bu barədə RF İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Boruvkov “vəzifəsindən sui-istifadə ağır nəticələrə səbəb olduqda” və “külli miqdarda rüşvət alma” maddələri ilə cinayətlər törətməkdə təqsirli bilinib. Onun günahını tam etiraf etməsi, əlbir olduğu şəxsləri ifşa etməsi, dövlətə dəymiş ziyanı qismən ödəməsi və kiçik uşaqlarının olması yüngülləşdirici hal kimi nəzərə alınıb və 6 il yarım müddətinə sərt rejimli koloniyada həbs cəzasına məhkum edilib.

Bundan başqa o, 368 milyon rubl (8 426 660 AZN) cərimə ödəməlidir.

Paylaş

 Xəbəriniz olsun