Rusiya MN-i: “Sülhməramlı əməliyyatlar aparılan rayonda hərbi polis bölmələri də olacaq”

  • Space TV
  • 11 Noyabr 2020 14:59

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsinin rəisi Sergey Rudskoy bildirib ki, Rusiya hərbi polis bölmələri Dağlıq Qarabağa göndərilən sülhməramlı kontingentə daxildir.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayaıb.

“Sülhməramlı əməliyyatlar aparılan rayonda eyni zamanda sülhməramlı kontingentin bir hissəsi olan hərbi polis bölmələri də tapşırıqları yerinə yetirəcəklər. Onlar təmas xətti boyunca patrul xidməti, konvoyları və yükləri müşayiət etməkdə cavabdehdirlər”, – deyə Rudskoy bu gün keçirdiyi brifinqdə açıqlayıb.

“Silahlı qarşıdurmalarda əməliyyatı idarə etmək üçün qoşunlara rəhbərlik etməkdə böyük təcrübəyə malik zabitlərin də daxil olduğu sülhməramlı qüvvələrin komandanığı yaradılıb”, – o əlavə edib.

Paylaş

 Xəbəriniz olsun