Rusiya MN: “Dağlıq Qarabağda atəşkəs rejiminə riayət olunur”

  • Space TV
  • 12 Yanvar 2021 10:22

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin bütün sutka ərzində monitorinqini davam etdirir, atəşkəs rejimi bütün təmas xəttində gözlənilir.

Spacetv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müşahidə məntəqələrində Rusiya sülhməramlıları bütün sutka ərzində vəziyyətin monitorinqini və atəşkəsə riayət olunmasına nəzarəti həyata keçirir. Bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət olunur”, – deyə Rusiya MN-dən bildirilib.

Paylaş

 Xəbəriniz olsun