Rusiya koronavirusa yoluxanların sayına görə dünyadan 3-cü oldu

  • SpaceTV
  • 11 May 2020 12:41

Rusiyada son sutkada yeni növ koronavirusa 11 min 656 nəfər yoluxub.

SPACE TV xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb. Bununla da, ölkədə yeni növ koronavirusun aşkarlandığı xəstələrin sayı 221 mini ötüb. Son sutkada koronavirusdan 94 nəfərin ölməsi ilə ölkədə virus səbəbindən həyatını itirənlərin sayı 2009 olub.

Son rəqəmlərdən sonra Rusiya koronavirusa yoluxanların sayına görə dünyada üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, son günlərdən ölkədə sutka ərzində virusa yoluxanların sayı 10 mindən az olmayıb.

Paylaş

 Xəbəriniz olsun