Rusiyada koronavirus infeksiyasını müalicə edən dərman preparatının klinik tədqiqatına başlanılıb.
SPACE TV xəbər verir ki, bu barədə Federal Tibbi Bioloji Agentlik məlumat yayıb.
Məlumatda koronavirus xəstələri üçün “Mefloxin”, Hidroksixloroxin” və “Kolidavir” preparatlarının klinik tədqiqatına başlanıldığı bildirilib.
Həmin preparatların sınağı A. İ. Burnazyan adına Federal Tibbi Biofizika Mərkəzində aparılacaq.