Rusiya İstintaq Komitəsinin erməni əsilli müstəntiqi həbs edilib

  • Space TV
  • 18 Dekabr 2020 17:16

Rusiya İstintaq Komitəsinin erməni əsilli müstəntiqi Levon Ağacanyan bir sıra ağır cinayətlərdə şübhəli bilinərək həbs edilib.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, məlumatı Moskva şəhər Basman rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb.

L.Ağacanyan günahsız insan barəsində cinayət işi başlamaqda, dəlilləri saxtalaşdırmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Məhkəmə müstəntiqin təqdimatı ilə L.Ağacanyan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Paylaş

 Xəbəriniz olsun