Rusiya FHN Ağdamı minalardan təmizləyəcək

  • Space TV
  • 4 Yanvar 2021 12:37

Rusiya Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri Ağdam rayonunda minalardan təmizləmə işləri aparacaq.

Spacetv.az xəbər verir ki, bu barədə TASS idarənin mətbuat xidmətinə istinadən məlumat verib.

“Yanvarın 4-də Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi göyərtəsində xilasedicilərlə birlikdə Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirmək üçün Azərbaycan Respublikasına uçub. Humanitar missiyanın bir hissəsi olaraq, pirotexniklər Ağdam rayonunda işləyəcəklər”, – deyə məlumatda bildirilib.

Minalardan təmizlənmədə “Lider” və Noqinsk Xilasetmə Mərkəzindən 20 pirotexnik, həmçinin robotlarla birlikdə üç kompleks də iştirak edəcək.

Paylaş

 Xəbəriniz olsun