Rusiya Federasiyasında olan daha 225 Azərbaycan vətəndaşı ölkəyə gətirilir

  • SpaceTV
  • 30 İyun 2020 12:47

Rusiya Federasiyasında olan daha 225 Azərbaycan vətəndaşı ölkəyə gətirilir.

SPACE TV  xəbər verir ki, həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycana keçirlər

Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınacaqlar.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür.

Qeyd edək ki, sonuncu dəfə Rusiyadan Azərbaycana iyun ayının 23-də 250 nəfər azərbaycanlı gətirilib.

Paylaş

 Xəbəriniz olsun