Rusiya “Eurovision”a “Little Big” qrupunu göndərir

  • SpaceTV
  • 3 Mart 2020 11:51

Rusiya “Eurovision” mahnı müsabiqəsinə dünyaca məşhur “Little Big” qrupunu göndərəcək.

SPACE TV xəbər verir ki, bu barədə qərarı bu ildə Rusiyada “Eurovision”ı yayımlayacaq Birinci kanal verib.

Məlumata görə, yaxın vaxtlarda kollektiv mahnı müsabiqəsində ifa edəcəyi mahnını açıqlayacaq. Qrupun solisti İlya Prusikin kompozisiyanın əyləcəli olacağını söz verib.

Qeyd edək ki, “Eurovision”ın qaydalarına görə, bütün iştirakçıların mahnıları yeni olmalıdır. Onlar daha öncə buraxılmış kompozisiya ilə çıxış edə bilməzlər.

Paylaş

 Xəbəriniz olsun