Rusiya elektron platforma vasitəsilə Türkiyəyə qaz satmağa başlayıb

  • Space TV
  • 16 Noyabr 2020 17:18

“Gazprom Export” elektron ticarət platforması vasitəsi ilə Türkiyəyə 700 min kubmetr həcmində qaz satışı üzrə ilk sazişi imzalayıb.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında ​​deyilir.

Təchizat 2020-ci ilin dekabrında Malkoçlar məntəqəsində olacaq.

Qeyd edək ki, “Gazprom”un rüblük hesabatında bu ilin yanvar-sentyabr aylarında Türkiyəyə qaz tədarükünün öncəki ilin eyni dövrü ilə müqayisədə 25% azalaraq 8,854 milyard kubmetr olduğu bildirilib.

Paylaş

 Xəbəriniz olsun