Rusiya bir sıra hava limanlarını beynəlxalq uçuşlara açdı

  • Space TV
  • 29 Yanvar 2021 17:10

Rusiyada İrkutsk Hava limanı 8 fevraldan beynəlxalq uçuşları bərpa edəcək.

Spacetv.az xəbər verir ki, bu barədə bu gün İrkutsk vilayətinin hökumət saytında məlumat verilib.

Eyni zamanda Həştərxan, Yekaterinburq, Mahaçqala, Mineralnıye Vodı, Nijni Novqorod, Perm və Xabarovsk beynəlxalq hava limanlarından xarici ölkələrə uçuşlar başlayıb.

Rusiya artıq beynəlxalq hava limanlarını bir neçə ölkəyə açıb. Bunlar Misir, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Tanzaniya, Türkiyə, Vyetnam, Hindistan, Finlandiya və Qətərdir. Yunanıstan və Sinqapura isə uçuşlar 8 fevraldan başlayacaq.

Paylaş

 Xəbəriniz olsun