Rusiya Belarusla nəqliyyatı bərpa edir

  • Space TV
  • 1 Sentyabr 2020 17:49

Rusiya və Belarus nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpa edilməsi barədə razılığa gəliblər.

Spacetv.az xəbər verir ki, bu barədə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Danışıqlarda iki ölkənin sanitariya və epidemioloji xidmətinin nümayəndələri ilə yanaşı, Belarusun Nəqliyyat və Kommunikasiya naziri Artem Sikorski də iştirak edib. Nazirlik danışıqlar zamanı tərəflərin ölkələr arasında hava trafikinin bərpası üçün əlavə addımlar hazırladıqlarını qeyd edib.

Rusiya tərəfi Belarusun xalqın sağlamlığını qorumaq üçün gördüyü tədbirlərin beynəlxalq standartlara uyğun olduğunu bildirib.

“İki ölkənin nümayəndələri tərəfindən nəqliyyat əlaqələrinin mərhələli şəkildə bərpa edilməsi və yanaşmaların koordinasiya olunması üçün Belarus Səhiyyə Nazirliyinin Sanitar-Epidemioloji Xidməti  və Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidməti arasına birgə iş planının hazırlanmasına dair razılıq əldə olunub”,- deyə nazirlik qeyd edib.

Paylaş

 Xəbəriniz olsun