Rusiya Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb

  • Space TV
  • 3 Mart 2021 15:57

Bu gündən Rusiyanın Veterinar və Fitosanitar Nazarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan alma və pomidor idxalına qoyduğu qadağanı götürüb.

Bu barədə Spacetv.az qurumun internet səhifəsində istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanın 8 alma və 19 pomidor istehsalçısı artıq məhsullarını Rusiyaya ixraz edə bilərlər. Qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə video yoxlamalar zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrinə əsasən qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun