Rusiya ABŞ əsgərini öldürmələri üçün “Taliban”a pul təklif edib – ŞOK FAKT üzə çıxdı

  • Space TV
  • 27 İyun 2020 11:02

Avropada sui-qəsd cəhdləri ilə də bağlantısı olan Rusiya kəşfiyyatı Talibana Əqfanıstandakı ABŞ əsgərini öldürmələri üçün pul təklif edib.

SPACE TV xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu York Taymz” qəzetinin yazdığı xəbərdə qeyd olunub. Faktı Taliban əsgərləri sorğuda etiraf ediblər. Sözügedən məlumat mart ayında Donald Tramp və Beynəlxalq Təhlükəsizlik Şurasına bildirilib.

ABŞ höküməti bununla bağlı Moskvaya diplomatik nota göndərməklə sanksiyalar tətbiq etməyə qədər bir çox seçimi müzakirə ediblər. Rusiyanın bu addımına səbəb kimi ABŞ ilə Taliban arasındakı sülh görüşünə mane olmaq göstərilib.

Paylaş

 Xəbəriniz olsun