Rusiya ərazisi ilə tədarük edilən Azətbaycan neftinin həcmi açıqlandı

  • Space TV
  • 7 Dekabr 2020 17:51

Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə 528,6 min ton Azətbaycan nefti tədarük edilib.

Spacetv.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Yanacaq-enerji kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, bununla Azərbaycan Rusiya ərazisindən tranzitlə göndərilən neftin həcminə görə üçüncü olub.

Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə nəql olunan neft həcmlərinə görə Qazaxıstan birinci olub. Bu ilin 11 ayı ərzində Rusiyadan tranzitlə 14,21 mln ton Qazaxıstan nefti tədarük edilib.

İkinci yerdə isə Türkmənistan qərarlaşıb. Bu ilin yanvar-noyabr ayları ərzində Rusiya ərazisi ilə tranzitlə 2,11 mln ton Türkmənistan nefti nəql edilib.

Paylaş

 Xəbəriniz olsun