Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb

  • Space TV
  • 14 Oktyabr 2020 17:07

Oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilib.

Spacetv.az xəbər verir ki, kilsənin keşişi Denis Sotnikov həlak olanların və Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan ordusuna qalibiyyət arzulayıb.

Qeyd edək ki, ermənilərin Gəncəni atəşə tutması nəticəsində Aleksandr Nevski Provaslav kilsəsi də zərər görüb.

Paylaş

 Xəbəriniz olsun